Xanımına "gözün üstündə qaşın var" demək olmayacaq — Hətta, boşansan belə...

Azərbaycan Respublikası Ali Məhkəməsi ailə-hüquq münasibətlərindən irəli gələn şəxsi hüquqların pozulması və bunun nəticəsində yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı ilk dəfə geniş izahat verib. Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti, bu hüquqlara müdaxilə sayılan hallar və mənəvi zərərin müəyyənləşdirilməsi prinsipləri ətraflı şəkildə şərh olunub. Qərarda vurğulanır ki, ailə münasibətlərində tərəflər bir-birinin ləyaqət və şərəfini qorumağa borcludur. Ər və ya arvadın digərinə qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, xarici görünüşü ilə bağlı lağ etməsi, onu dəyərsiz və lazımsız hesab etdiyini bildirməsi şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər. Belə halların ləyaqətin alçaldılması ilə nəticələndiyi qeyd olunur. Sənəddə etibarsız nikahlarla bağlı mənəvi zərərin ödənilməsi məsələsinə də toxunulub. Bildirilir ki, saxta nikah bağlanarkən cavabdehin təqsirinin olub-olmaması, nikahın etibarsızlığını aradan qaldıra biləcək hallar və iddiaçının nikah zamanı bu məqamlar barədə məlumatlı olub-olmaması məhkəmə tərəfindən nəzərə alınmalıdır.
Avtosfer.az-ın məlumatına görə, məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi mövqe Ali Məhkəmənin 3 noyabr 2008-ci il tarixli Plenum qərarında da aydın ifadə olunub:
“Həmin qərara əsasən, mənəvi zərər tələb edən şəxs mütləq şəkildə bu zərərin nədən ibarət olduğunu əsaslandırmalıdır. Yəni iddiaçı göstərməlidir ki, yaşadığı psixoloji sarsıntı, mənəvi iztirab və narahatlıq konkret olaraq nədə özünü büruzə verib. Plenum qərarında vurğulanır ki, təkcə “mənəvi zərər çəkmişəm” demək kifayət etmir. Şəxs izah etməlidir ki, bu vəziyyət onun hansı hüquqlarına təsir edib, hansı psixoloji və emosional sarsıntılara səbəb olub və bunun nəticəsində maddi və ya qeyri-maddi itkilər yaranıbmı. Eyni zamanda tələb olunan məbləğin hansı əsaslarla formalaşdırıldığı da məhkəməyə aydın şəkildə təqdim edilməlidir. Qərarda diqqət çəkən digər mühüm məqam isə mənəvi zərər tələbi üçün konkret müddətin müəyyən edilməməsidir. Yəni belə bir tələb həm birgə nikah dövründə, həm də boşandıqdan sonra irəli sürülə bilər. Bu da o deməkdir ki, hüququ pozulan şəxs zaman baxımından məhdudlaşdırılmır və öz hüquqlarını sonradan da məhkəmə qaydasında tələb edə bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












