Xırdalanda maşın lyuka düşdü, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır - VİDEO

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş polis orqanına dəvət edilib və müvafiq hüquqi izah verilib.
***
00:00
***
Xırdalan şəhərində sürücü yolun üzərində açıq qalan lyuka düşərək avtomobilinə zərər dəydiyini bildirir. Avtosfer.az xəbər verir ki, vətəndaşın “Baku.ws”in "qaynar xətti"nə verdiyi məlumata görə, hadisə 2 gün əvvəl baş verib. Şikayətçi avtomobili ilə hərəkətdə olarkən lyuka düşüb və nəticədə maşına maddi ziyan dəyib. Sürücü hadisədən sonra 102 xidmətinə müraciət etdiyini, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, lakin məsuliyyətin onlara aid olmadığını bildirdiklərini deyib. KASKO sığortasının olmadığını qeyd edən vətəndaş daha sonra yenidən 102-yə zəng vurub və ona Abşeron Rayon Polis Bölməsi ilə əlaqə saxlanılacağı bildirilib. Şikayətçinin sözlərinə görə, polis bölməsinə getdikdə isə ona bu məsələ ilə bağlı heç bir əlaqə saxlanılmadığı və səhv istiqamətləndirildiyi deyilib. Vətəndaş qeyd edir ki, nəticədə qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və problem həllini tapmır. Məsələ ilə bağlı aidiyyatı quruma sorğu göndərdik.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












