Yağışlar körpünü qəzalı vəziyyətə saldı – 2 500 sakin alternativ yollar axtarır - VİDEO

Astarada yağan güclü və intensiv yağışlar nəticəsində rayonun Sərək kəndindəki körpü qəzalı vəziyyətə düşüb. Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, bu hal Sərək və Deqədi kəndlərinin 2 500-ə yaxın sakinin gündəlik hərəkətində ciddi problemlər yaradıb. Təxminən 5 metr eni və 20 metr uzunluğu olan körpünün dağılması ilə əlaqədar kənd camaatı çətin vəziyyətlə üzləşib. Sakinlər xüsusilə uşaqları məktəbə aparmaqda çətinlik çəkdiklərini bildirirlər. Kənd sakini qeyd edib ki, sentyabrın 20-də baş verən təbii fəlakətdən sonra körpü yararsız hala düşüb və valideynlər uşaqları məktəbə aparmaq üçün hər gün işlərindən qalmalı olurlar. Digər bir sakin isə rayon mərkəzinə getmək üçün qarşılaşdıqları problemi dilə gətirib: "Körpü dağılıb, yolumuz yoxdur. Evlərimizə gedə bilmirik. Alternativ yol da yoxdur. Rayon mərkəzinə çatmaq üçün təxminən 20 kilometr dövr etmək məcburiyyətindəyik".
Məsələ ilə bağlı Sərək kənd bələdiyyəsinin sədri Mehman Quliyev vəziyyətə aydınlıq gətirib. Sədr bildirib ki, sözügedən körpünün təmir-bərpa işlərinə başlanılacaq və onun 10-12 gün ərzində əvvəlki vəziyyətinə qaytarılması planlaşdırılır. Hazırda aidiyyəti qurumlar tərəfindən körpünün bərpası üçün zəruri addımlar atılır.
Daha ətraflı süjetində:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












