"Yalançı çərşənbə" niyə belə adlanır? - AÇIQLAMA

Bu gün yalancı çərşənbədir. Novruz bayramına aparan yolda xalqımızın qədim inancları və adət-ənənələri ilə bağlı olan bu gün müxtəlif bölgələrimizdə xüsusi şəkildə qeyd olunur.
Bəs bu, niyə yalançı çərşənbə adlanır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən AMEA Folklor İnstitutunun şöbə müdiri, filoloq və tədqiqatçı Ağaverdi Xəlilov bildirdi ki, bölgələrimizə görə çərşənbələrin sayı müxtəlifdir və keçirilmə qaydalarında da tarixən rəngarənglik olub:
"Bəzi bölgələrimizdə 5, yaxud 6-7 çərşənbə keçirilib. Hal-hazırda, düzdür, məsələn, 5 və ya 7 çərşənbə qeyd olunmur, amma bunların izləri qalıb. Məsələn, indi son dövrlərdə çərşənbələrin qeyd olunması xüsusi olaraq dörd çərşənbə üzərində sabitləşib. Amma bununla bərabər, bəzi bölgələrdə beş çərşənbə keçirmək ənənəsi müəyyən qədər qalıb. Yəni dörd əsas çərşənbədən öncə bir çərşənbə də olub ki, bu günə təsadüf edən həmin çərşənbəyə “yalançı çərşənbə” deyiblər. Bu əsasən Qarabağ bölgəsində çox yayılan bir adətdir. “Yalançı çərşənbə" əsasən qışın yola salınması və yazın gəlişinə hazırlıq mərhələsi kimi qəbul edilir. Bəzi bölgələrdə insanlar bu gün tonqal qalayır, ev-eşiyi təmizləyir, səməni qoyur və Novruzun yaxınlaşdığını simvolik şəkildə qeyd edirlər. Yəni Novruz bayramına, baharın gəlişinə hələ bir ay qalmışdan hazırlıqlar başlayır. Yəni çərşənbələr artıq bir bayramdır, mövsüm bayramlarıdır və bu bayramlara hazırlaşmaq üçün bəzi bölgələrimizdə ilk olaraq “yalançı çərşənbə” də qeyd edilib".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












