Yas mərasimlərinə apardığınız güllərin rəngi və mənası nələri ifadə edir? – BİLMƏDİYİNİZ SİRLƏR

Matəm mərasimləri təkcə itkinin acısını paylaşmaq deyil, həm də hörmət və ehtiramın ifadə formasıdır. Bu mərasimlərdə təqdim olunan güllər isə sadəcə ənənəvi detal yox, insanların hiss və düşüncələrinə birbaşa təsir göstərən psixoloji mesaj daşıyır. Gülün növü, rəngi və düzülüşü mərasim sahibinə qarşı münasibəti, eyni zamanda cəmiyyətin yas mədəniyyətini əks etdirir.
Bəs matəm mərasimlərində gül seçimi insan psixologiyasına necə təsir edir və hansı nüanslara diqqət yetirilməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, gül seçimi şüuraltı səviyyədə insanlarda müxtəlif emosional təsirlər yaradır və buna görə də bu məsələyə diqqətlə yanaşmaq lazımdır.
“Azərbaycanda yas mərasimlərində ən çox istifadə olunan gül qərənfildir və bu, artıq yasın rəmzi kimi qəbul olunur. Xüsusilə 20 Yanvar hadisələrindən sonra qərənfillərin istifadəsi daha da geniş yayılıb. Qırmızı rəng isə ümumilikdə sevgi, məhəbbət, hörmət və ehtiramı ifadə edir. Son dövrlərdə yas mərasimlərində qızılgüllərdən hazırlanmış dəbdəbəli çələnglərə daha tez-tez rast gəlinir. Həddindən artıq bəzəkli çələnglər bəzi insanlarda nümayişkarlıq təəssüratı yarada bilər. Lakin qızılgüllər sadə və zərif formada düzülərsə, bu, mənfi qarşılanmır və daha incə bir görüntü yaradır”.
Psixoloq gül rənglərinin də xüsusi mənalar daşıdığını vurğulayıb.
“Belə ki, ağ qızılgüllər səmimiyyəti, saflığı və sülhü ifadə edir. Bu güllərə daha çox valideynini itirən şəxslərin yas mərasimlərində rast gəlinir. Qırmızı qızılgüllər isə dərin hörmət və sevgini bildirir. Ancaq onların həddindən artıq dəbdəbəli şəkildə təqdim olunması bəzi hallarda aqressiv təsir bağışlaya bilər. Bənövşəyi güllər ruhani bağlılığı və hörməti ifadə edir. Yaşlı insanların uzunmüddətli xəstəlikdən sonra vəfat etdiyi hallarda ağ və ya parlaq qırmızı güllərdən daha çox bənövşəyi və çəhrayı rənglərə üstünlük verilməsi daha məqsədəuyğundur”.
Gülnar Orucova gül düzülüşünün də vacib məqam olduğunu bildirib.
“Güllər sadə bağlarla bağlanmalı, buket formasında və həddindən artıq böyük yığılmamalıdır. Xüsusilə, qırmızı güllərin çox sayda və iri formada təqdim edilməsi tövsiyə edilmir. Qərənfillərin isə səliqəli və düzgün şəkildə yığılması mərasimdə daha uyğun və estetik görünür”.
Psixoloq qeyd edib ki, yas mərasimlərində gül seçimi və düzülüş qaydaları insanlara bir daha xatırladılmalı, bu məsələdə sadəlik və mənəvi uyğunluq əsas götürülməlidir.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










