Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Paytaxtın Yasamal rayonunda, Zahid Xəlilov küçəsi 107 ünvanında 2010-2011-ci illərdə inşa edilmiş 15 mərtəbəli binalardan birinə daha bir mərtəbə əlavə olunub.
Avtosfer.az xəbər verir ki, sakinlər bu vəziyyəti təhlükəli hesab edərək başlarının üzərində əlavə yük olduğunu bildiriblər:
"15 mərtəbə kimi ekspertizadan keçmiş bina üzərinə əlavə mərtəbə tikmək qanunsuzdur. İş peşəkar mütəxəssislər tərəfindən görülməyib və təhlükə yaradır".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əməkdaşlar binaya baxış keçiriblər. Müşahidələr zamanı texniki sahələrin böyüdülərək mənzil kimi istifadə olunduğu müəyyən olunub. Nazirlik əlavə tikinti ilə bağlı aidiyyəti qurumlara məlumat göndərib. Qurum həmçinin qeyd edib ki, çoxmərtəbəli binalarda ümumi əmlakın texniki vəziyyətinin qorunması və təhlükəsiz istismarı bina idarəetmə təşkilatının məsuliyyətinə aiddir.(milli.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












