Yasamalda evlər plana düşdü: 2700 manat kompensasiya ödəniləcək

Paytaxtın Yasamal rayonunda, Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.
Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.
Məlumata görə, söküntü planı metronun "Nizami" stansiyası istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.
Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.
Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












