Yazın görünməz təhlükəsi - Necə qorunmalı?

Mart ayı bayramların bolluğu ilə yadda qalsa da, eyni zamanda yaz mövsümünün gətirdiyi müxtəlif xəstəliklərin aktivləşməsi ilə də diqqət çəkir. Havanın dəyişkənliyi, təbiətin oyanması və allergik xəstəliklərin artması bu dövrdə sağlamlıqla bağlı riskləri artırır.
Bəs yaz aylarında xəstəliklərin çoxalmasının əsas səbəbləri nədir və onlardan necə qorunmaq olar?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən pulmonoloq-həkim Əsəd Beydullayev bildirib ki, yaz aylarının gəlişi ilə müəyyən qrup xəstəliklərin aktivləşməsi müşahidə olunur.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri allergik reaksiyalardır:
“Yaz aylarında ağacların və güllərin çiçəklənməsi nəticəsində havada allergik xəstəliklərin miqdarı artır. Bu da xüsusilə allergik xəstəliklərin, o cümlədən allergik astmanın kəskinləşməsinə səbəb olur. İnsanlar bu dövrdə hava şəraitinə uyğun geyim seçməkdə çətinlik çəkirlər. Nəticədə soyuqdəymə və qrip halları artır. Ən çox rast gəldiyimiz müraciətlər də məhz bu xəstəliklərlə bağlı olur”.
Əsəd Beydullayev vurğulayıb ki, yaz aylarında davamlı asqırıq, göz və burun sulanması, tənəffüs zamanı xışıltı kimi əlamətlər müşahidə olunarsa, bu, allergik astmanın göstəricisi ola bilər:
“Belə hallarda mütləq həkim müayinəsindən keçmək və uyğun müalicə almaq lazımdır. İnsanlar artıq hansı bitki və ya faktorun onlarda allergiya yaratdığını bilirlərsə, mümkün qədər onlardan uzaq durmalıdırlar”.
Mütəxəssis yaz xəstəliklərindən qorunmaq üçün hava şəraitinə uyğun geyinməyi, immuniteti gücləndirməyi və allergik reaksiyalar zamanı vaxtında həkimə müraciət etməyi tövsiyə edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












