Yeni metrostansiyaların tikiləcəyi ərazilərdə mənzil qiymətləri qalxacaq - VİDEO

Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə ciddi təsir göstərəcək. Avtosfer.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda inşa ediləcək yeni stansiyalar bu ərazilərdə daşınmaz əmlaka tələbatın artmasına və qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq. Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sözügedən ərazilərdə yalnız qiymət artımı deyil, həm də alıcı marağında ciddi canlanma gözlənilir. Onun sözlərinə görə, metro infrastrukturu olan ərazilər həm yaşayış, həm də investisiya baxımından daha cəlbedici hesab olunur.
Qeyd edək ki, Bakı Metropolitenində 2027-ci ilə qədər inşası planlaşdırılan 10 yeni stansiyadan birində artıq tikinti işləri aparılır, digər 9 stansiya üzrə isə layihələndirmə prosesi yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, metronun şərti adı B4 olan stansiyasında tikinti işləri hazırda davam edir və bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Dərnəgül deposunda da tikinti işlərinə start verildiyi bildirilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












