Yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək? - VİDEO

Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir. Avtosfer.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hazırda paytaxtda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1 500-ə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur. Onların yerində binalar tikilərkən yeni təsdiq edilən qaydalara uyğun tikiləcək.
Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?
Ekspert hesab edir ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər. Elnur Fərzəliyev onu da əlavə edib ki, belə hündürlükdə binalar gələcəkdə az sayda tikiləcək. Nəticədə həmin binalarda mənzillərin kvadratmetri 7-10 min manat civarında dəyişə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










