Yenidən Ağsaqqallar Şurasında müavin oldular

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə müavinlər təyin olunub. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb. Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib. Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, “Gəncəli” İstehsalat-Kommersiya şirkətinin rəhbəri, iş adamı Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə AAŞ-ın sədr müavinləri təyin ediliblər. Xatırladaq ki, adları çəkilən şəxslər əvvəllər də Ağsaqqallar Şurası sədrinin müavini postunda çalışıblar. Qurumun Nizamnaməsinə əsasən, qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılır. Aprelin 23-də şuranın IX qurultayı keçirilib. AAŞ sədri Eldar Quliyev Nizamnaməyə uyğun olaraq, müavinlərin yenidən təyinatı ilə bağlı əmrlər imzalayıb.

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












