Yük maşınlarının bərbad vəziyyətə qoyduğu yol - “Balaxanıneft”in ... - FOTOLAR

Şəhər şosesindən Bakının Balaxanı qəsəbəsinə aparan əsas mərkəzi yol ciddi problemlə üz-üzədir. Sözügedən yol artıq normal nəqliyyat xətti olmaqdan çıxaraq, məsuliyyətsizlik və nəzarətsizliyin açıq nümunəsinə çevrilib.Yolun hər iki tərəfi gecə saatlarında ağır tonnajlı yük maşınları ilə daşınan tikinti tullantılarıyla doldurulub. Yağış yağan kimi bu tullantılar yuyularaq palçıq və gilli torpaq şəklində asfaltın üzərinə axır, yol faktiki olaraq keçilməz hala düşür. Avtosfer.az xəbər verir ki, Musavat.com-un ərazidən yayımladığı fotolarda asfalt örtüyü sıradan çıxıb, palçıq gölməçələri, çala-çuxurlar yaranıb.
Qeyd olunur ki, sözügedən ərazi “Balaxanıneft”in balansında olan sahədir. Ərazi mühafizə olunur, giriş-çıxışlar nəzarət altındadır, gecə-gündüz mühafizə xidməti fəaliyyət göstərir. Buna baxmayaraq, iri tonnajlı yük maşınları gecələr rahat şəkildə əraziyə daxil olur, tonlarla tikinti tullantısı boşaldır və heç nə olmamış kimi çıxıb gedir.
.jpeg)
Sakinlərin sözlərinə görə, bu proses təsadüfi hal deyil və aylarla davam edir. Bir gecədə onlarla, ümumilikdə isə təxminən 100 iriqabaritli yük maşını tullantının əraziyə daşındığı qeyd olunur. Yağışlı havalarda yolun tamamilə bağlandığı, avtobusların palçığa batdığı, sürücülərin təhlükəli manevrlərə məcbur qaldığı bildirilir. Bu vəziyyət qəza riskini artırır, təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmətlərin Balaxanıya gediş-gəlişini çətinləşdirir. Gecə saatlarında isə yol sürücülər üçün görünməz tələyə çevrilir.
.jpeg)
Məsələ təkcə yolun vəziyyəti ilə məhdudlaşmır. Bu hal ekoloji normaların pozulması, ictimai təhlükəsizlik riski və dövlət əmlakına qarşı laqeyd münasibət kimi qiymətləndirilir.

.jpeg)


İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












