Zəngəzur dəhlizində avtomobil yolu nə vaxt istifadəyə verilə bilər? - AÇIQLAMA

“Zəngəzur dəhlizinin daha tez istifadəyə verilməsi mümkündür. Azərbaycan tərəfi ərazisindən keçən yol xəttini növbəti ilin sonuna qədər tamamlamağı planlaşdırır”. Avtosfer.az xəbər verir ki, bu fikirləri "Yenicag"a açıqlamasında deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib.
Deputat qeyd edib ki, Ermənistan tərəfi də ərazisindən keçən 43 km-lik hissəni 2026-cı ilin sonuna qədər tamamlaya bilər:
“Avtomobil yolunun 2026-cı ilin sonuna qədər hazırlanıb təhvil verilməsi Ermənistan tərəfindən asılıdır. Bu müddətdə dəmir yolu xəttini də yekunlaşdırmaq mümkündür. Təbii ki, bütün bu məsələlər tenderin nə vaxt keçirilməsindən və şirkətlərin cəlb olunmasından asılıdır. Gözlənti ondan ibarətdir ki, Ermənistan ərazisindən keçən dəhlizi ABŞ şirkətləri quracaq. Qeyd etdiyim kimi, tender qısa müddətdə baş tutacaqsa, layihəni 2026-cı ilin sonlarına qədər yekunlaşdırmaq mümkündür”.
Millət vəkili vurğulayıb ki, sülh sazişinin imzalanması yeni imkanlara yol açacaq:
“Bu, ilk növbədə Qafqaza daha çox sərmayənin cəlb edilməsinə kömək edəcək. Həmçinin ölkələr arasında kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası mümkün olacaq. İxrac və idxal imkanları artacaq. Düzdür, bu mərhələli prosesdir. İlk növbədə, ölkələr və cəmiyyətlər belə bir əməkdaşlığa psixoloji cəhətdən hazır olmalıdır. Lakin dediyim kimi, bizim üçün əsas bu dəhlizin işə düşməsidir. Ölkəmiz həm avtomobil, həm də dəmir yolunun inşası istiqamətində intensiv işlər aparır. Avtomobil yolu üzrə işlər tamamlanmaq üzrədir. Bütün bunlar xəbər verir ki, Ermənistan da qısa zamanda işlərə başlayarsa, növbəti ilin sonuna qədər həm avtomobil, həm də dəmir yolu hazır ola bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












