15 Pro və 15 Pro Max-ın texniki göstəriciləri AÇIQLANDI

Artıq sabah bir çoxlarının gözlədiyi təqdimat tədbiri baş tutacaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət, iPhone 15 smartfon seriyasından gedir. Təqdimata bir gün qalmış insayderlər bu seriyaya daxil olacaq iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinin texniki özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən iPhone 15 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym ölçülü Retina XDR OLED ekran ilə təchiz olunacaq. Sözügedən iPhone 15 modeli özündə həmçinin 3650 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
iPhone 15 Pro Max modelinə gəldikdə isə insayderlər bildiriblər ki, o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü Retina XDR OLED ekran ilə təchiz olunacaq və 4852 mAh enerji tutumlu batareyaya sahib olacaq. Məlumatda qeyd edilib ki, hər iki smartfon titan materialdan hazırlanmış gövdə ətrafı çərçivələri əldə edəcək. Bununla yanaşı sözügedən smartfonlar A17 Bionic prosessoru vasitəsilə çalışacaqlar və 8 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi, 48 MP + 12 MP + 12 MP üçlü arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunacaqlar.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












