200 MP kameralı ilk telefon

200 meqapiksellik kameraya malik ilk smartfonun Motorola markası tərəfindən satışa çıxarılacağı ilə bağlı iddia irəli sürülüb.
Marja xəbər verir ki, smartfon istehsalçıları son illərdə təqdim etdikləri telefonlarla bir növ meqapiksel yarışı keçirirlər. Artıq fotonun keyfiyyətindən daha çox marketinq strategiyasına çevrilən meqapiksel özəlliklərində hər il yeni mərhələyə keçilir.
Məsələn, Cənubi Koreya istehsalçısı Samsung, keçən ilin sentyabr ayında ISOCELL HP1 adlı 200 MP-lik smartfon kamera sensorunu təqdim etmişdi.
MOTOROLA BU SAHƏDƏ İLKƏ İMZA ATACAQ
Mobil sənaye sahəsində etibarlı xəbər mənbələrindən biri olan Ice Universe öz Twitter hesabında Samsung ISOCELL HP1 görüntü sensoru ilə ilk smartfonun Lenovo-nun törəmə şirkəti Motorola tərəfindən buraxılacağını açıqlayıb.
Bildirilir ki, 200 meqapiksellik Samsung ISOCELL HP1 kamera sensoru ilk olaraq dekabr ayında təqdimatı planlaşdırılan Moto Edge X modeli ilə qarşımıza çıxacaq.
Xiaomi isə gələn ilin ikinci yarısında 200 meqapiksel kameralı smartfonunu təqdim etməyə hazırlaşır.
Cənubi Koreya nəhəngi Samsung-un eyni sensora malik telefonu, ehtimal ki, 2023-cü ildə təqdim olunacaq Galaxy S23 Ultra modeli olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











