2020-ci ilin ən çox satılan smartfonları məlum olub

“Omdia” analitik şirkəti mobil bazarda araşdırma apararaq ötən ilin ən populyar smartfonlarını müəyyənləşdirib. “Apple” şirkətinin istehsalı olan smartfonlar növbəti dəfə reytinqdə ön pillələri tutublar.
Analitik şirkət tərəfindən tərtib edilmiş hesabatda satılmış smartfonların sayı, həmçinin cihazların orta qiyməti açıqlanıb. “iPhone 11” smartfonu ən populyar cihaz olub: ABŞ şirkəti 64,8 milyon qurğu satmağa nail olub. Sözügedən smartfonun orta qiyməti 754 dollar təşkil edib.
Orta satış qiyməti 451 dollar, satış sayı 24,2 milyon olan ucuz “iPhone SE” (2020) ikinci yeri tutub. “iPhone 12” ilin ən çox satılmış smartfonlar reytinqində üçüncü yerdə qərarlaşıb.
Orta satış qiyməti 269 dollar, satış sayı 23,2 milyona bərabər olan “Samsung Galaxy A51” smartfonu 4-cü olub./ICTnews
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












