2020-ci ilin ən populyar şifrləri məlum olub

2020-ci ilin ən populyar şifrləri məlum olub. Bu haqda məlumat itkisini araşdıran “DLBI” xidmətinin araşdırmasında deyilir.
Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, "123456" altırəqəmli kodu növbəti dəfə ən populyar şifrlərin reytinqində lider olub. Həmçinin rəqəmlərin sadə ardıcıllığından ibarət kombinasiyalar reytinqdə ön pillələrdə qərarlaşıb: "12345", "123456789" və ya "000000". Bundan başqa, "password" şifri həmişəki kimi çox populyardır.
Ancaq reytinqdə bir sıra dəyişikliklər qeydə alınıb. Məsələn, qwerty hərflərinin birləşməsinə əsaslanan şifrlər ilk onluğu tərk edib, "asdasd", "asdfghjkl" şifrləri onu əvəz ediblər, həmçinin "mən", "sevgi" və "salam" şifrləri geniş yayılıb.
2020-ci ildə istifadəçilər çox vaxt koronavirusla bağlı şifrlər yaradıblar: mütəxəssislər "covid19", "epidemic", "COVID19_Access", "pandemic", "coronavirus" kimi şifrlərin sayının artdığını qeyd ediblər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












