2021-ci ilin ən yaxşı smartfonları məlum olub

ABŞ-ın “Consumer Reports” jurnalı 2021-ci ildə satın alınması tövsiyə olunan, “Android” və “iOS” mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonların reytinqini tərtib edib.
"Ən yaxşı iPhone" kateqoriyasında liderliyə yüksəlmiş “iPhone 12 Pro Max” smartfonu “A14 Bionic” prosessoru, OLED displeyi ilə təchiz edilib və “5G” şəbəkəsinə qoşulma imkanına malikdir. Mütəxəssislərin qeyd etdiyi kimi, “iPhone 12 Pro Max” cihazı “12 Pro” ilə müqayisədə 100 dollar bahadır, lakin daha uzun müddət avtonom işləyir, böyük ekran və ən yaxşı kamera ilə təchiz edilib. Buna baxmayaraq çəkisinin 226 qr olması və böyük ölçüləri smartfonun çatışmazlığı kimi qeyd edilib.
“Samsung Galaxy Note20 Ultra 5G” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən aparatlar arasında lider olub. Mütəxəssislər avtonom iş vaxtını, beş dəfə yaxınlaşdırıla bilən kameranı və ekranı bu modelin üstünlükləri adlandırıblar.
“OnePlus Nord N10 5G” ən yaxşı ucuz cihaz adlandırılıb. Mütəxəssislər yeganə çatışmazlıq kimi “mmWave” dəstəyinin olmamasını qeyd ediblər./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











