2030-cu ilə qədər 56 elektrikli qatar dəsti İSTEHSAL OLUNACAQ

Türkiyədə 2030-cu ilə qədər ümumilikdə 56 yerli elektrikli qatar dəsti istehsal olunacaq.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Ölkədə istehsal olunan sayca üçüncü yerli elektrikli qatar dəstinin istifadəyə verilməsi münasibətilə vətəndaşları təbrik edən Uraloğlu müasir tələblərə cavab verən vaqonların, həmçinin qatarların dizaynında və istehsalında lider ölkələr siyahısına Türkiyənin də daxil olduğunu deyib.
Nazir qeyd edib ki, TÜRASAŞ şirkəti tərəfindən istehsal olunan yerli elektrikli qatarın sürəti 160 km/saata çatır. Beş vaqondan ibarət qatar 324 sərnişin üçün nəzərdə tutulub.
“Türkiyə hər sahədə öz ehtiyaclarını qarşılayan ölkə olmalıdır. Dəmir yolu sektorunda da idxal minimum səviyyəyə düşməlidir. İxraca üstünlük verməliyik”, - deyə Uraloğlu vurğulayıb.
O, ölkədə 225 km/saat sürətinə malik yüksək sürətli qatar layihəsinin də həyata keçirildiyini xatırladıb, bu layihənin dizayn mərhələsində olduğunu qeyd edib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










