“5G” qurğuları hava ilə enerji dolduracaq

Corciya Texnologiya İnstitutunun mühəndislər qrupu beşinci nəsil mobil rabitə şəbəkəsi (“5G”) əsasında simsiz enerjidoldurma texnologiyası yaradıb.
Söhbət "5G" əhatə dairəsində olan zaman elektromaqnit enerjisini toplayan ilk düzləndirici antenadan gedir. Oyun kartı ölçüsündə olan qurğunu üçölçülü printerdə çap etmək mümkündür, onun generasiya enerjisi isə kiçik "Əşyalar interneti" (IoT) elektron cihazlarının enerji ilə təmin edilməsi üçün kifayət edir.
Hazırda "IoT" qurğularının işinin dəstəklənməsi üçün akkumulyatorlar tələb olunur ki, bu da onların miniatürlüyünü azaldır. Yeni texnologiya əsasən radiolokasiya müşahidə sistemlərində istifadə olunan "Rotman" linzasına əsaslanır. Hazırkı halda qurğu istiqamətdən asılı olmayan elastik enerji toplama sistemi yaratmağa imkan verib. Bununla yanaşı, tədqiqatçılar siqnalın toplanılması zonasına ziyan vurmadan qəbuledicinin çıxış gücünü 21 dəfə artırmağa nail olublar.
Mövcud prototip "5G" mənbəyindən 180 metr məsafədə 6 mikrovatt toplaya bilir. Bu, quraşdırılmış akkumulyatordan tam imtina edərək bir neçə sensorun daim enerji ilə təmin edilməsinin dəstəklənməsi üçün kifayətdir. Bundan başqa, antena əyilmədən sonra da işləmə qabiliyyətini qoruyur ki, bu da ondan daşınan qurğularda istifadə üçün perspektivlər açır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











