“5G” şəbəkəsinin sürətli qatarda sınağı keçirilib

Yaponiyanın "East Japan Railway" dəmiryolu şirkəti "NTT Docomo" mobil rabitə operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) "Alfa-X" ekspress qatarının köməyi ilə siqnalın ötürülməsini sınaqdan keçirib. Nəticədə 500 Mbit/saniyə sürətində siqnalın qəbulu, 100 Mbit/saniyə sürətində ötürülməsinə nail olunub.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, testlər zamanı "Docomo" operatorunun infrastruktur və avadanlığı, eləcə də 360 km/saat sürətlə hərəkət edən "Alfa-X" qatarı cəlb olunub. İki baza stansiyası yolda bir-birindən 900 metr aralıda olmaqla 1-1,5 km məsafədə quraşdırılıb, kommutasiya avadanlığı isə qatarda yerləşdirilib.
Sınaqlar 4,85 QHs tezlik diapazonunda 100 MHs zolaq genişliyində aparılıb. Sınaqlar ötən ilin oktyabr-dekabrında keçirilib.
"East Japan Railway" və "Docomo" tərəfindən aparılan uğurlu testdən məlum olub ki, sistem həm yol infrastrukturunda, həm də qatarda video rejimində "4К/8К" təsvir ölçülü görüntünü dayanıqlı şəkildə ötürə bilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











