“5G”ni dəstəkləyən ən ucuz smartfon təqdim olunub

“Samsung” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən “Galaxy A22” smartfonunu təqdim edib. Bu barədə “XDA Developers” nəşri məlumat yayıb.
Qurğu plastik korpus, 90 giqahers tezlikli 6,6 düymlük “IPS” ekran, “5G” dəstəkli “MediaTek Dimensity 700” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Smartfon 48, 5 və 2 meqapikselli obyektivə malik üçlü kamera, yan düyməyə quraşdırılan daktiloskopik sensor, 15 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyən 5 min milliamper/saat tutumlu akkumulyatorla buraxılıb.
“Samsung Galaxy A22” smartfonu “Android 11” əməliyyat sistemi ilə tədarük edilir. Jurnalistlərin sözlərinə görə, təqdim edilən model “5G” dəstəkli ən ucuz smartfondur. Qurğunun qiyməti konkret bazardan asılı olacaq. Məsələn, Avropada smartfonun 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik əsas versiyasının qiyməti 229 avro, 128 giqabaytlıq versiyasının 249 avro təşkil edəcək.
Həmçinin “Samsung” şirkəti smartfonun “4G” şəbəkələrində işi dəstəkləyən sadələşdirilmiş versiyasını nümayiş etdirib. O, əsas versiyadan 6,4 düymlük “OLED” ekranın və “MediaTek Helio G80” prosessorunun mövcudluğu ilə seçilir.
“Strategy Analytics” agentliyinin məlumatına görə, “Samsung” şirkəti 2021-ci ilin yekunları üzrə ən böyük smartfon tədarükçüsü olub. Qeyd olunan müddət ərzində Cənubi Koreya istehsalçısı dünya bazarına 77 milyon qurğu tədarük edib./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











