ABŞ-də yol polisini əvəz edəcək robot - CƏRİMƏ DƏ YAZA BİLİR - VİDEO

ABŞ-də yol polisi əməkdaşlarının təhlükəsizliyini artırmaq və yol nəzarətini daha sistemli şəkildə həyata keçirmək üçün robot nəzarət texnologiyalarının tətbiqi genişlənir.
Avtosfer.az xəbər verir ki, artıq bəzi ştatlarda süni intellektlə təchiz olunmuş nəzarət robotları yolların monitorinqi, sürətə nəzarət, qayda pozuntularının aşkarlanması və qəza risklərinin vaxtında müəyyən olunması üçün istifadə olunur. Bu texnologiyalar vasitəsilə real vaxtda yol vəziyyəti izlənilir və yol polis əməkdaşları operativ şəkildə məlumatlandırılır.
Xüsusilə magistral yollarda və yüksək riskli ərazilərdə tətbiq olunan bu sistemlər sürücülərin davranışlarını analiz edir, qəfil manevr, təhlükəli sürət dəyişiklikləri və digər potensial qayda pozuntularını dərhal qeydə alır. Hətta bəzi robot sistemləri sürücünü səyyar şəkildə izləyə və hadisə yerində görüntüləri qeydə ala bilir.
Rəsmilərin sözlərinə görə, bu texnologiyalar yol polisinin əməliyyat yükünü azaltmaqla yanaşı, onların həyatını da qoruyur. Qəza riskinin yüksək olduğu bölgələrdə insan iştirakı olmadan ilkin nəzarətin həyata keçirilməsi, həm də sürücülərdə məsuliyyət hissinin artmasına səbəb olur.
Ekspertlər qeyd edirlər ki, gələcəkdə bu robot sistemləri təkcə nəzarət deyil, həm də qəza zamanı ilkin müdaxilə və məlumat ötürmə funksiyalarını da yerinə yetirəcək. Bu isə yol hərəkəti təhlükəsizliyi sahəsində yeni mərhələnin başlanğıcı ola bilər.
Eltac Zülfüqaroğlu
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











