“Aframax” tipli “Xankəndi” tankerində Azərbaycan Bayrağı qaldırılıb - VİDEO

Dövlət Neft Şirkəti (SOCAR) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca 4-cü “Aframax” tipli tanker istismara qəbul olunub.
Avtosfer.az bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.
Bundan əvvəl istismara verilən “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi”ni də “ASCO Shipmanagement AFEZCO" idarə edəcək.
Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, “SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət Himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.
ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev “Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.
Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.
Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirdə o da qeyd olunub ki, həm “Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi - kapitanın 3-cü köməkçisi Cahangir Yaqubov və 4-cü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.
Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












