“Ağıllı” şəhərdə nəqliyyatdan ödənişsiz istifadə - Şamaxı

“Ağıllı” şəhər konsepsiyasının önəmli detallarından biri olan sərnişindaşımada təmassız texnologiya təcrübəsi ölkəmizdə uğula icra olunur. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada təmassız texnologiyanı dəstəkləyən sistem quraşdırılıb.
Vətəndaşların yeni ödəmə sisteminə marağını artırmaq məqsədilə layihə çərçivəsində yeni kampaniya başladılıb. Beləki, mart ayının 31-dək Mastercard və “İnkart” sahibləri həftənin iki günü (bazar ertəsi və cümə) ərzində bir dəfə olmaqla avtobusdan ödənişsiz istifadə edə biləcəklər.
Məlumat Hesablama Mərkəzi tərəfindən təklif olunan texniki həllər vətəndaşlara NFC texnologiyası, istənilən bank kartı, smartfon və smart saat, həmçinin QR kodla ödəniş etməyə imkan verir. Layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq də hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, həmçinin marşrut xəttini müəyyənləşdirmək olur. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.
Qeyd edək ki, bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











