“AirPods” qulaqcıqlarının istehsalı azalıb

“Apple” qulaqcıqlarının satış həcmi bazarda yüksək rəqabət səbəbindən azalıb. Bu barədə “Nikkei” agentliyi məlumat yayıb.
“Apple” şirkəti 2021-ci ildə “AirPods” simsiz qulaqcıqlarının istehsalını 25-30 faiz azaltmaqla bağlı qərar qəbul edib. Bu, bazarda artan yüksək rəqabət və simsiz qarniturun satışının azalması ilə əlaqələndirilir. ABŞ şirkəti 110 milyon qulaqcıq tədarük etməyi planlaşdırdığı halda indi 75-85 milyon ədəd istehsal etməyə hazırlaşır.
Şirkətdə vəziyyətdən məlumatlı mənbə bildirib ki, tədarük həcmində ən çox azalma ilin ikinci rübünün sonunda və üçüncü rübünün əvvəlində gözlənilir. “Elektronika mağazalarında “AirPods” ehtiyatları çoxdur, tələbat isə gözlənildiyindən aşağıdır”, – insayder qeyd edib. Digər mənbənin sözlərinə görə, şirkət ilin sonunda təqdim ediləcək yeni nəsil qulaqcıq hazırlayır. “Apple” nümayəndələrinin fikrincə, yenilənmiş qarniturun buraxılışı qulaqcıqların populyarlaşmasının yeni dalğasına səbəb olacaq.
“Counterpoint Research” tədqiqat şirkətinin məlumatına görə, “Apple” şirkəti 2020-ci ildə satışa 72,8 milyon ədəd qulaqcıq çıxarıb. Şirkət bu seqmentə başçılıq edərək 31 faiz paya sahib olub. İlin son üç ayında daşınan qurğular – “AirPods” və “Apple Watch” ABŞ-ın İT nəhənginə 12,97 milyard dollar gəlir və ya ümumi gəlirin 11 faizini qazandırıb./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











