Alimlərdən YENİ KƏŞF - 1 saat ərzində plastik materiallar reaktiv yanacağa çevriləcək

Texnologiya 21 May 2021 00:26 Oxunub 1792
Alimlərdən YENİ KƏŞF  - 1 saat ərzində plastik materiallar reaktiv yanacağa çevriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları plastik materialların reaktiv yanacaq tərkibinə və digər dəyərli məhsullara çevrilməsi üzrə innovasiyalı üsul yaradıblar. Yaradılmış yeni üsul plastik materialın təkrar istifadəsini sadələşdirir və iqtisadi cəhətdən daha sərfəli edir. Beləliklə alimlər orta temperaturların təsiri ilə 1 saat ərzində plastik materialın 90%-ni reaktiv yanacağa və digər dəyərli karbohidrogen məhsullara çevirə biliblər. Müəyyən məhsulların yaradılması üçün bu prosesi asanlıqla ayarlamaq olar. Son onillikdə plastik tullantılar ekoloji böhrana səbəb olublar. Bütün dünya üzrə okeanlar və ətraf mühit plastik tullantılar ilə çirkləndirilir. Onların çürümələri zamanı plastikin kiçik hissələri qida zəncirinə daxil olaraq insan həyatı üçün ciddi təhlükəyə çevrilirlər.

Bununla belə plastik materialın emalı çox problemlidir. Adətən plastik materiallar əridilir və əridilmiş materialdan yenidən plastik hazırlanır. Bu proses isə onun ekoloji dəyərini aşağı salır. Bundan əlavə olaraq bu cür plastik materialların digər qida məhsullarında istifadə keyfiyyətləri də aşağı düşür. Kimyəvi emal prosesi daha yüksək keyfiyyətə sahib məhsulları istehsal etmək imkanını verir. Lakin bu cür proses üçün yüksək temperatur reaksiyaları və uzunmüddətli emal lazımdır. Bütün bunlar isə kimyəvi emal üsulunu çox bahalı edir. Bu problemi həll etmək yolunda Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları polietilenin effektiv şəkildə reaktiv yanacağa və digər faydalı məhsullara çevrilməsi üçün xüsusi katalitik prosesi yaradıblar.

 Polietilen digər plastik materiallardan daha çox istifadə edilir. Buna misal olaraq paketlərin, südün qablaşdırılması üçün nəzərdə tutulmuş xüsusi paketlərin, şampun butulkalarının, paslanmaya dözümlü boruların və s. məhsulların istehsalını gətirmək olar. Karbondan və gümüşü-ağ rəngdə olan metal ruteniumdan hazırlanmış katalizator ilə geniş yayılmış həlledicilərdən istifadə edərək tədqiqatçılar 1 saat ərzində  plastik materialın 90%-ni reaktiv yanacağa və digər faydalı karbohidrogen məhsullara çevirə biliblər. Prosesin reallaşmasına şərait yaratmış temperatur isə 220 dərəcəni keçməyib. Bu proses iqtisadi baxımdan digərlərindən daha sərfəlidir. Belə ki, əvvəllər bu cür proses üçün 500 dərəcə temperatur lazım idi./technote

ŞƏRH YAZ
Ad

E-mail

Şərh