Alış-veriş məhsulları alıcılara dronlarla çatdırılacaq

ABŞ-ın "Kroger" supermarketlər şəbəkəsi yaxın vaxtlarda dronların köməyi ilə malların çatdırılması üçün pilot proqramını işə salmağa hazırlaşır.
"Drone Express" şirkəti ilə əməkdaşlığa başlayan supermarketlər şəbəkəsi pilotsuz uçan aparatların köməyi ilə uşaq mallarını, reseptsiz buraxılan dərmanları, həmçinin çəkisi 2,2 kq-dan ağır olmayan digər məhsulları alıcılara çatdıracaq.
Pilot proqramında şirkətin Sentervill şəhərindəki mağazası iştirak edir. "Kroger Drone Delivery" saytının səhifəsində göstərilib ki, şirkət ABŞ-ın Federal Mülki Aviasiya İdarəsindən icazə alıb. Dronlar sertifikatlaşdırılmış pilotlar tərəfindən idarə ediləcək. Həmçinin həmin səhifədə bildirilir ki, alıcıların yaşadığı ünvana, yaxud park və ya istirahət zonalarına çatdırılma mümkündür. Smartfona quraşdırılmış mobil tətbiq vasitəsilə çatdırılmanı sifariş etmək mümkün olacaq. Şirkətin məlumatına görə, çatdırılma 15 dəqiqə ərzində həyata keçiriləcək.
"Kroger" şəbəkəsi dronların köməyi ilə çatdırılma bazarında ən azı 2015-ci ildən bəri pilotsuz uçan aparatlardan istifadə edən ən böyük "Walmart" pərakəndə mağazalar şəbəkəsi ilə rəqabət aparmalı olacaq.///"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











