Almanlar təyyarələrdən qatarlara keçirlər

Ləğv edilən aviareyslərlə əlaqədar Almaniya hava limanlarında bu yaxınlarda yaranan qarışıqlıq dəmir yolu qatarlarına biletlərə tələbatın artmasına səbəb olub.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, "Der Spiegel" jurnalının bugünkü sayında dərc olunmuş məqalədə deyilir: Almaniyada indiki vəziyyətdə daha çox insan təyyarə əvəzinə qatardan istifadə edir. Dəmir yolu sərnişinlərinin sayı sürətlə artır. Eyni zamanda, Almaniyanın daxili marşrutları ilə hərəkət edən qatarlar çox populyarlıq qazanıb. Yayın əvvəlindən bəri 2019-cu ilin pandemiyadan əvvəlki eyni dövrü ilə müqayisədə 40 faizdən çox artım müşahidə olunub. Berlin və Münhen, Frankfurt və Şimali Reyn-Vestfaliya arasında uçuşlar kifayət qədər tez bron edilir. İyul və avqust ayları üçün sifarişlər dəmir yolu səyahətində davam edən tələbat artımının göstəricisidir.
Onu da qeyd edək ki, bu tələbat artımına həm də bir çox qatar səfərlərinin aviaşirkətlərinin özləri tərəfindən bron edilməsi də təsir edib. Bu, xüsusilə uçuş ləğv edildikdə və sərnişinləri təyinat yerinə vaxtında çatdırmaq üçün onların qatara köçürülməsi məqsədilə edilir.
Lakin bütün bu prosesləri almanlara tamamilə xas olmayan dəqiqlik səviyyəsinin aşağı düşməsinə səbəb oldu. İyun ayında uzun məsafəli qatarların yarıdan çoxu gecikməyə başladı. Xüsusilə də gediş-gəliş çox olan yerlərdə biletlərə tələbat artımı dəqiqlik göstəricisinə müəyyən təsir göstərib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











