Reklam

"Android" mobil cihazları üçün yeni təhlükə aşkarlanıb

Texnologiya 17 Dekabr 2021 19:30 Oxunub 690
"Android" mobil cihazları üçün yeni təhlükə aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları “Android” cihazlarda “SMS” vasitəsilə yayılan və istifadəçilərin fərdi məlumatlarını ələ keçirən “FluBot” zərərverici proqramı ilə bağlı xəbərdar edir.

ETX-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, istifadəçinin cihazının yoluxdurulması üçün ilk öncə telefonuna mətnində ona sifariş verdiyi bağlamanın çatdığı, şəxsi şəkillərinin başqa şəxs tərəfindən ələ keçirildiyi, istifadəçiyə mobil operatordan mesaj gəldiyi, cihazının zərərverici ilə yoluxduğu bildirilən və digər məzmunlu SMS göndərilir.

SMS-lərin mətni fərqli olsa da, bütün hallarda istifadəçidən mesajda göstərilən keçidə daxil olmaqla hər hansı tətbiqi yükləməsi və ya təhlükəsizlik yeniləməsini tətbiq etməsi tələb edilir.

“FluBot” istifadəçilərin əsasən bank və kredit məlumatlarını, telefonda saxlanılan şifrləri, fərdi məlumatlarını ələ keçirməyi hədəfləyir. Bundan əlavə, yoluxmuş cihazın kontakt siyahısında olan şəxslərə istifadəçinin adından saxta mesajlar göndərilir və zərərverici proqram daha çox cihazı yoluxdurur.

Bu növ kiberhücumdan qorunmaq üçün, belə mesaj aldıqda heç bir halda göstərilən keçidlərə daxil olmamaq, tətbiqi və ya təhlükəsizlik yeniləməsini quraşdırmamaq, alınan mesajı isə Elektron Təhlükəsizlik Xidmətinə göndərmək və daha sonra silmək tövsiyə olunur.

Vətəndaşlar keçidə daxil olduğu təqdirdə, lakin hər hansı tətbiqi yükləmədiyi halda cihaz yoluxmaya bilər. Buna baxmayaraq, təhlükəsizlik tədbiri kimi bütün onlayn hesabların şifrələrini dəyişmək gərəkdir.

Keçidə daxil olub tətbiq yüklənilibsə, mümkün qədər ən qısa müddətdə mobil cihazı zavod parametrlərinə sıfırlamaq zəruridir. Bu proses zamanı telefonda olan bütün məlumatlar, o cümlədən fərdi məlumatlar silinəcək. Zərərli tətbiq quraşdırıldıqdan sonrakı tarixə olan ehtiyat nüsxələr bərpa edilməməlidir. Bütün onlayn hesablar üçün şifrlər dəyişdirilməli, yoluxan cihazda bank tətbiqindən və ya bank hesabından istifadə olunduğu təqdirdə isə dərhal bankla əlaqə saxlamaq tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh