“Android” smartfonlarında problemlər yaranıb

“Android” smartfonlarının istifadəçiləri əməliyyat sisteminin fəaliyyətində fasilələrlə rastlaşıblar. Bu barədə “Downdetector” saytı məlumat yayıb.
Yaranmış problemlər barədə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya və İtaliya sakinləri məlumat veriblər. Smartfonlarda fasiləsiz olaraq “Google əlavəsində yenidən nasazlıq yaranıb” bildirişi görünür ki, bu da qurğudan istifadəni qeyri-mümkün edir.
Nasazlıqlar “Android” əməliyyat sisteminin tərkib hissəsi olan “Google” servislərinin işinin pozulması ilə paralel qeydə alınıb. Əksər istifadəçilər hesaba daxil olmaq imkanından məhrum olub, eləcə də axtarış servisləri ilə bağlı problemlər müşahidə edilib.
“Google” şirkəti nasazlıqların səbəbini hələ ki açıqlamayıb. Bu ilin yazında “Android” smartfonlarının sahibləri analoji problemlə üzləşib. O vaxt problem bir neçə saat ərzində aradan qaldırılıb. Nasazlıqlara şəbəkə komponentlərindən istifadə edən bir çox proqramların əsaslandığı “Android System WebView” servisinin işində yaranan fasilələr səbəb olub./“ICTnews”
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












