Reklam

Android telefonlarının təhlükəsizliyi üçün bunlara DİQQƏT

Texnologiya 1 May 2023 08:06 Oxunub 752
Android telefonlarının təhlükəsizliyi üçün bunlara DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çox vaxt smartfonlardakı informasiyaları hakerlər ələ keçirir. Hələ ötən il mütəxəssislər Android telefonlarında 574-dən çox boşluq aşkar ediblər. Bu da öz növbəsində istifadəçilər üçün vacib xəbərdarlıqdır. 

Avtosfer.az lent.az-a istinadən Android telefonlarının təhlükəsizliyi üçün bir neçə faydalı məsləhəti təqdim edir:

Yalnız təhlükəsiz şəbəkələrə qoşulun 

İctimai şəbəkələr ciddi risklər yarada bilər. Müasir dünyada biz tez-tez "Wi-Fi" və ya "Hotspot" bağlantılarına qoşuluruq. Bu isə çox təhlükəlidir. Pulsuz şəbəkələr səyahət etdiyimiz vaxta qənaət etmək üçün uyğun bir yoldur. Ancaq onlar hakerlər tərəfindən izlənilir. Qeyri-qanuni "Wi-Fi" şəbəkələrində informasiyaların paylaşılması smartfonlarda şəxsi məlumatlara çıxışı təmin edə bilər. 

Daxili təhlükəsizlik xüsusiyyətlərindən istifadə edin 

Android defolt olaraq fəaliyyətimizi və həssas məlumatları qoruyan bir çox təhlükəsizlik xüsusiyyətlərini dəstəkləyir. Ümumiyyətlə, "Google" şirkəti Android istifadəçilərinin qorunmasına böyük sərmayə qoyan bir şirkətdir. Müxtəlif proqramların şifrələnməsi üçün biometrik texnologiyalar və konfiqurasiyalar hakerlərə qarşı mübarizədə çox vacibdir.

Hesablarınızı güclü parollarla qoruyun

Düzgün parol seçmək çox vacibdir. Bir neçə profil üçün eyni paroldan istifadə gələcəkdə ciddi problemlər yarada bilər.

Parol menecerlərindən istifadə pulsuzdur və sizi internetdə mümkün qədər qoruyacaq. 

Proqramları yükləyərkən diqqətli olun

"Google Play" ən böyük mobil proqramlar mağazasıdır. Amma buna baxmayaraq buradan proqram yükləyən zaman kifayət qədər ehtiyatlı olun. 

Cihazınızı vaxtaşırı yeniləyin

Yeniləmə cihazınızı qorumaq, təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yoldur. 

Müasir telefonlar adətən bir neçə saat ərzində maksimum enerji ilə doldurulur. Ona görə də onları uzun müddət şarjda saxlamağa ehtiyac yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh