Anti-terror əməliyyatları üçün robot-it - Sınaqlara başlanıldı

Koreya Respublikasında terrorla mübarizə əməliyyatları üçün dördayaqlı robotun hazırlanması başa çatdırılıb və ölkənin silahlı qüvvələri onun sınaqlarına başlayıb.
Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, qarşıdakı altı ay ərzində hərbçilər robot-itin effektivliyini qiymətləndirəcək, bundan sonra onun istifadəsi ilə bağlı yekun qərar qəbul edəcəklər. Hyundai Rotem və Rainbow Robotics kompaniyalarının iştirak etdiyi prototipin hazırlanması cəmi iki il çəkib.
Robot-it saatda 4 kilometrdən çox sürətlə hərəkət edir, hündürlüyü 20 santimetrdən çox olan maneələri dəf edə bilir. O, həmçinin müşahidə və kəşfiyyat üçün gündüz və gecəgörmə kameraları ilə təchiz olunub. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün robot uzaqdan idarə olunan odlu silahlarla da təchiz edilə bilər.
Onun əsas funksiyaları şəxsi heyəti cəlb etməzdən əvvəl binalarda terror təhlükələrini müəyyən etməkdən, habelə potensial terrorçuların hərəkətlərinə cavab verməkdən ibarət olacaq. Ordu bölmələrindən biri də robotdan hərbçilərlə birlikdə axtarış-kəşfiyyat əməliyyatları aparmaq üçün eksperimentdə istifadə edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











