Apple AirPods 3 qulaqlığının real fotoları ortaya çıxıb - FOTO

İnsayderlər naqilsiz Apple AirPods 3 qulaqlığının real fotolarını təqdim ediblər.
Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, yeni qulaqlıq əvvəlki iki versiyanın dizayn özəlliklərini əldə edəcək. Beləliklə fotolardan da görmək olar ki, AirPods 3 xarici görünüşcə orijinal AirPods ilə AirPods 2-ni xatırladacaq. Lakin bununla yanaşı o, AirPods Pro-nun bəzi elementlərini də əldə edəcək
İlkin məlumata əsasən AirPods 3 modeli həcmli səslənmə texnologiyasını özündə birləşdirəcək. Lakin qulaqlıq ətraf səs-küyün aktiv boğulması funkiyasını əldə etməyəcək. Bununla belə qulaqlığın silindrik formalı gövdəsi bir qədər daha qısa olacaq və orda mikrofonlar ilə batareyalar yerləşəcəklər. AirPods 3-ün komplektində dəyişdirilə bilən başlıqların olacağı da gözlənilir. Bəzi məlumatlara əsasən Apple şirkəti AirPods 3-ü 23 mart tarixində təqdim edəcək. Lakin şirkət qulaqlığın dəqiq təqdimat tarixi barəsində bir məlumat verməyib./texnote.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı














