Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightning girişindən imtina edib-etməyəcəyi barəsində olan mübahisələrə son qoyub. Belə ki, analitik öz hesabatında şirkətin nəyə görə bu girişdən imtina etməyəcəyini, nəyə görə USB Type-C girişinə keçid məsələsində tələsmədiyini açıqlayıb və heç bir fiziki girişə sahib olmayacaq iPhone modeli barəsində məlumatlara aydınlıq gətirib. Analitikin sözlərinə əsasən Apple şirkətinin öz məhsullarında Lightning girişini USB Type-C ilə əvəz etməməsinin bir sıra səbəbləri var. Belə ki, bunun olacağı təqdirdə şirkətin Apple MFi proqramının gəlirlərı azalacaq.
Bununla yanaşı analitik bildirib ki, bu ilki iPhone 13 modeli təkcə naqilsiz şarj texnologiyası ilə təchiz olunmayacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Apple bu ilki iPhone modellərində yalnız naqilsiz şarj texnologiyasını reallaşdıracaq. Analitik qeyd edib ki, bunun baş verməyəcəyinin əsas səbəbi odur ki, naqilsiz şarj texnologiyası olan MagSafe hələki məlumatların ötürülməsi funksiyasını dəstəkləmir və onun vasitəsilə cihazı bərpa etmək və ya cihazın diaqnostikasını reallaşdırmaq mümkün deyil.
Əgər gələcəkdə Apple şirkəti Lightning girişindən imtina etsə, iPhone modelləri USB Type-C əvəzinə heç bir girişə sahib olmayacaqlar və yalnız MagSafe dəstəyini əldə edəcəklər. Lakin MagSafe ekosistemi hələ lazımi səviyyədə inkişaf etmədiyi üçün Apple Lightning girişindən imtina etməyəcək. Buna baxmayaraq qeyd etmək lazımdır ki, Apple bəzi məhsullarında USB Type-C girişini reallaşdırıb. Söhbət, iPad Pro, iPad Air, MacBook Pro və MacBook Air cihazlarından gedir./milli.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











