“Apple” ilk dəfə bir maliyyə rübündə rekord gəlir əldə edib

“Apple” şirkəti bir maliyyə rübündə ilk dəfə 100 milyard ABŞ dollarından çox qazanc əldə edib.
“Report”un məlumatına görə, bu barədə “CNBC News” xəbər verib.
Məlumata görə, “Apple” 2021-ci ilin birinci rübünün maliyyə hesabatında 111,4 milyard ABŞ dolları gəlir əldə edib. Bu, şirkətn ən yüksək gəlir rübü olub.
Satışların keçən ilin eyni dövrü ilə müqayisədə 21% artdığı qeyd olunur.
Daha əvvəl bildirilib ki, "Apple" şirkəti 2024-cü ildə "sıçrayışlı" batareyaların texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Şirkət hələ 2014-cü ildə “Project Titan” kimi məşhur layihəsi çərçivəsində öz avtomobilini hazırlamaqla məşğul olmağa başlayıb. Şirkət həmin vaxtdan bu sahədə əhəmiyyətli dərəcədə irəliləyib və indi öz müştəriləri üçün avtomobil yaratmaq niyyətindədir. “Apple” planlarını hələ rəsmən açıqlamayıb.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












