Apple iPhone-lardakı şübhəli fotoları skan edəcək

Apple şirkəti qanunsuz kontentlərin olub-olmadıqlarını yoxlamaq üçün iPhone smartfonlarında fotoların skan olunması funksiyasının istifadəyə verilməsinə hazırlaşır. Skan prosesi birbaşa iPhone-da reallaşdırılacaq və şübhəli fotoların aşkar edildiyi halda alqoritm bu barədə məlumatı Apple şirkətinə təqdim edəcək. Apple şirkəti bu yeni funksiyanın mövcudluğunu artıq təsdiqləyib. Şirkətin verdiyi məlumata əsasən neuralMatch adlı alqoritm iPhone sahiblərinin fotolarını bulud serverlərə göndərmədən onları lokal şəkildə skan etməyə imkan verir. Şübhəli fotoların təyin edilmə sistemi mövcuddur
Belə ki, onlar ABŞ-dakı itmiş insanların axtarışı və istismar olunan uşaqlar üzrə milli mərkəzin məlumatlar bazası ilə qarşılaşdırılacaqlar. Sözügedən mərkəzdə 200.000-ə yaxın foto var. Heşləşdirmə alqoritmləri vasitəsilə sistem şübhəli fotoları təyin edəcək. Şübhəli hesab edilən fotoya reytinq təyin ediləcək və reytinqin yüksək olduğu halda neuralMatch adlı alqoritm qanunsuz kontent barədə məlumatı Apple şirkətinə ötürəcək. Daha sonra şirkət əməkdaşları bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməmək qərarını verəcəklər.
Qeyd etmək lazımdır ki, fotoların bu cür skan olunması üzrə digər alternativ olan PhotoDNA-dan Facebook, Twitter və Google kimi şirkətlər də istifadə edirlər. Apple şirkəti artıq bildirib ki, alqoritm iCloud Photos funksiyasını deaktiv etmiş istifadəçilərin smartfonlarında fotoları skan edə bilməyəcək. Belə ki, alqoritm tərəfindən təyin edilən reytinq orijinal fotolar üçün deyil onların bulud servisdəki kopyaları üçün təyin edilir. Apple bildirib ki, bu yeni sistem yaxın zamanda ABŞ-da istifadəyə veriləcək. Lakin onun digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











