“Apple” “iPhone”larda olan kritik zəifliyi aradan qaldırır

“Apple” şirkəti “iPhone” və “Mac”larda olan kritik zəifliyi aradan qaldırmaq üçün yeniləmə edib.
Lent.az “BleepingComputer”a istinadən xəbər verir ki, CVE-2023-37450 identifikatoru altında izlənilən kritik “WebKit” zəifliyi iyulun əvvəlində ortaya çıxmışdı. Nəticədə Sürətli Təhlükəsizlik Cavabı (RSR) yeniləmələrinin buraxılması ilə o tam aradan qaldırılıb.
“Apple” şirkəti bildirib ki, onlar markanın köhnə cihazlarında aktiv şəkildə rastlanan CVE-2023-38606 zəifliyini də düzəldiblər.
Qeyd edək ki, “Kaspersky GReAT” şirkətinin rəhbəri Boris Larinin dediyinə görə, CVE-2023-38606 digər şeylərlə yanaşı, “Triangulation” casus proqramını yerləşdirmək üçün istifadə edilib.
Aprelin ortalarında “Citizen Lab” mütəxəssisləri “iPhone”da yeni boşluq aşkar ediblər. Mütəxəssislərin fikrincə, “Reign” adlı zərərli proqram “Apple” smartfon istifadəçilərinə casusluq etmək üçün quraşdırılıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











