“Apple” “iPhone”lardan 191 milyard dollar qazanıb

Bu ilin III rübündə ABŞ-ın texnologiya nəhəngi - “Apple” şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 29% çox - 83,4 milyard dollar olub.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumata görə, 3 aylıq hesabat dövründə “Apple”ın xalis mənfəəti isə 20,5 milyard dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 62,7% çoxdur.
Sentyabrın 25-də şirkətdə başa çatan maliyyə ilinin nəticələrinə görə, “Apple”ın gəliri keçən il 274,5 milyard dollar olduğu halda, bu il 365,8 milyard ABŞ dolları olub. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edirdisə, bir il əvvəl bu göstərici üzrə məlumatlar 57,4 milyard ABŞ dolları təşkil edib.
Şirkətin əsas məhsulu iPhone olaraq qalır, bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir rübdə 38,8 milyard ABŞ dolları, maliyyə ilində isə 191,9 milyard ABŞ dolları təşkil edib.
“Report”
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












