“Apple” məhsullarının Türkiyədəki satışı dayandırılıb
Türkiyə lirəsinin son vaxtlar sürətlə dəyərsizləşməsi ilə bağlı “Apple” şirkətinin məhsullarını bu ölkədə almaq xaricdən gətirməkdən daha ucuz olub.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ dollarının məzənnəsi ilin əvvəlinə nisbətən 80 faiz yüksəldiyi və hazırda 13 lirəyə çatdığı üçün "iPhone"ni ABŞ-dan gətirmək əvvəllər Türkiyədə almaqdan 20-35 faiz ucuz başa gəlirdisə, hazırda əksinə, 17 faiz baha başa gəlir.
Belə ki, bu gün "iPhone 13 Mini" (11-14 min lirə), "iPhone 13" (12-15 min lirə), "iPhone 13 Pro" (16-21 min lirə), "iPhone 13 Pro Max" (18-23 min lirə) kimi modellərin Türkiyədəki satış qiymətləri ABŞ-dakından (müvafiq olaraq 700-1000, 800-1100, 1000-1500, 1100-1600 dollar) müvafiq olaraq 8-15, 11-17, 1-10, 0-7 faiz aşağıdır. Həmçinin yeni "MacBook Pro"nun modelləri ABŞ-da 2-3,5 min dollardan, Türkiyədə isə 1800-3077 dollardan satılır.
Türkiyə lirəsinin çökməsi nəticəsində “Apple” şirkəti "iPhone", "Mac", "iPad", "Apple Watch" kimi məhsullarının bu ölkədə öz rəsmi saytından satışlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Həmin məhsulların yerli bazarda da bahalaşacağı güman edilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











