“Apple” oyun qurğusu buraxacaq

“Apple” şirkəti kompakt oyun qurğusu üzərində çalışır. Bu barədə “FrontTron” təxəllüslü məşhur blogerin “Twitter” hesabında deyilir.
Bloger ABŞ şirkətinin planları barədə məlumatlı olan şəxslər tərəfindən gələcək “Apple” qurğularının buraxılışının müzakirə edildiyi Koreya forumlarından birində dərc edilən məlumata istinad edir. Mənbənin sözlərinə görə, İT nəhəngi hibrid oyun konsolu buraxa bilər. Gələcək məhsulun yaxın analoqu kimi kompakt “Nintendo Switch” qurğusu göstərilir.
Məlumata görə, konsol “Apple” smartfon, planşet və kompüterlərində istifadə edilən A və M seriyalarına aid olmayan xüsusi prosessora malik olacaq. Yeni çip təkmilləşdirilmiş qrafik sürətləndirici və şüaların istiqamətinin göstərilməsi dəstəyi ilə təchiz ediləcək.
“Apple” hazırda oyun məhsulları bazarında təmsil olunmayıb. Şirkət 2019-cu ilin payızında istifadəyə verilən “Arcade” servisinə malikdir. Servis istifadəçiləri abunə əsasında bir sıra oyunlardan istifadə edə bilirlər. Oyunları “iPhone”, “iPad”, “Mac”, “Apple TV” daxil olmaqla bir neçə platformalarda işə salmaq mümkündür.
2019-cu ilin dekabrında “Apple” şirkətinin oyun kompüteri buraxacağı barədə məlumatlar yayılıb. Qurğu noutbuk form-faktorunda təqdim ediləcək, məhsuldar prosessora və böyük ekrana malik olacaq. O vaxt planlaşdırılan qurğu 5 min dollar dəyərində qiymətləndirilib./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











