"Apple" özünün "Nintendo Switch" analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır. Belə ki, internetdə Apple şirkətinin ilk oyun konsolu barəsində güman olunan məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, Apple şirkətinin oyun konsolu Nintendo Switch tərzində olacaq. Yəni oyun konsolu portativ formatda reallaşdırılacaq və bununla yanaşı onun imkanlarını qoşula bilən müxtəlif təchizatlarla genişləndirmək mümkün olacaq. Başqa sözlə desək, Apple şirkətinin oyun konsolu hibrid formatda reallaşdırılacaq. Apple şirkətinin fərdi prosessoru ilə təchiz olunacaq oyun konsolu The Legend of Zelda: Breath of the Wild, Super Mario Odyssey kimi AAA oyunlar və Apple Arcade kataloquna daxil olan mobil oyunlar üçün nəzərdə tutulacaq.
Portativ oyun konsolunun mövcudluğuna dair işarə hələ 2019-cu ildə verilmişdi. Belə ki, həmin ildə Nintendo Switch-in Joy-Con adlı idarəetmə gamepadlarına bənzər cihazların patenti qeydiyyatdan keçirilmişdi. Gözləntilərə əsasən Apple şirkətinin oyun konsolu AR (artırılmış reallıq) və VR (virtual reallıq) texnologiyalarının dəstəklərini əldə edəcək. Bununla yanaşı bir neçə müddət bundan öncə təqdim edilmiş hesabatda qeyd edilmişdi ki, bəzi böyük oyun studiyaları artıq Apple şirkətinin oyun konsolu üçün bir sıra oyunları hazırlayırlar. Gözləntilərə əsasən Apple şirkətinin ilk oyun konsolu 449$-549$ qiymətində satılacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










