“Apple” simsiz smartfonlar üçün maqnit akkumulyatoru təqdim edəcək

"Apple" şirkəti son nəsil smartfonları enerji ilə doldurmaq üçün maqnit akkumulyatoru hazırlayır. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat verib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, artıq 1 ildir yenilik üzərində işləyən "Apple"ın mütəxəssisləri ötən ilin oktyabrında keçirilmiş "iPhone 12" smartfonlar xəttinin təqdimatından bir neçə ay sonra onu geniş kütləyə təqdim etməyi planlaşdırırdılar.
Simsiz akkumulyator daha sürətli enerji doldurulmasını təmin etmək üçün nəzərdə tutulmuş "MagSafe" qurğusu ilə uyğun olacaq. Akkumulyatorun korpusu, ehtimal ki, ağ rezinləşdirilmiş materialdan hazırlanacaq.
1976-cı ildə təsis edilmiş "Apple" şirkəti "iPhone" smartfonundan başqa, "MacBook" noutbukları, "iPad" planşet kompüterləri, "iMac" kompüterləri, "iPod" musiqi pleyerləri və başqa yüksəktexnologiyalı texnika istehsal edir. Mənzil-qərargahı Kupertinoda yerləşən korporasiyanın bazar kapitallaşması 1,2 trilyon dolları ötür.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












