“Apple” şirkəti “6G” standartının öyrənilməsi ilə məşğuldur

“Apple” şirkəti altıncı nəsil mobil rabitə standartı (6G) üzərində iş üçün mühəndislər axtarışındadır. Bu barədə “Bloomberg” agentliyinin jurnalisti Mark Qurmanın məlumatında deyilir.
Avtosfer.az “Lenta”-a istinadən yazır ki, ABŞ korporasiyası aktual və yeni nəsil simsiz şəbəkələrin öyrənilməsi ilə məşğul olacaq mühəndis tədqiqatçılar üçün vakansiya yerləşdirib. “Siz gələcək “Apple” məhsullarına böyük təsir göstərəcək növbəti nəsil simsiz texnologiya yaratmaq üçün unikal imkana malik olacaqsınız”, – vakansiyanın təsvirində qeyd olunur. Sənədə görə, işaxtaranlar üçün “6G” simsiz rabitə sistemlərini tədqiq etmək və hazırlamaq, eləcə də yeni standartın hazırlanmasına həsr edilən konfrans və tədbirlərdə iştirak imkanı yaradılacaq.
Agentliyin qiymətləndirməsinə görə, altıncı nəsil mobil rabitə şəbəkəsinin qurulmasına 2030-cu ildə başlamaq nəzərdə tutulur. M.Qurman qeyd edib ki, “Apple” şəbəkənin erkən öyrənilməsi və inkişafı mərhələlərində iştirak etmək niyyətindədir. Bundan başqa, vakansiyanın dərc olunması ABŞ korporasiyası daxilində qurğular üçün müxtəlif texnologiya və komponentlərin inkişafında və istifadəyə verilməsində maraqdan xəbər verə bilər. Məsələn, “Apple” şirkəti 2020-ci ildə “Intel” prosessorlarından imtina edərək öz istehsalı olan “M1” çiplərinə keçib. Yeni çiplər əsasında hazırlanan ilk kompüterlər noyabrda işıq üzü görüb.
Hazırda “Apple” “5G” dəstəkli smartfonlar istehsal edir və tərəfdaşı qismində çıxış edən “Qualcomm” şirkətindən müvafiq modemləri satın alır.
ABŞ korporasiyası 2020-ci ilin noyabrında “6G” standartının yaradılması və inkişafında maraqlı olan şirkətləri birləşdirən “Next G Alliance” alyansına daxil olub. Ekspertlərin fikrincə, yeni texnologiya “5G” ilə müqayisədə sürəti 100 dəfə artıracaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











