"Apple" şirkəti "iPhone 12 Mini" modelinin istehsalını dayandırıb
Texnologiya
23 İyun 2021 11:00

ABŞ-ın “Apple” şirkəti satışları az olduğu üçün “iPhone 12 Mini” smartfon modelinin istehsalını dayandırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “TrendForce” marketinq şirkəti məlumat yayıb. Məlumata görə, “Apple” bu modelin istehsalını 2021-ci ilin ikinci rübündə dayandırıb. Çünki satış rəqəmləri eyni seriyanın digər modellərinin – “iPhone12”, “iPhone 12 Pro” və “iPhone 12 Pro Max”ın satışlarından xeyli aşağı idi.
“TrendForce” xəbər verir ki, şirkət, çox güman ki, yeni “iPhone 12s” seriyası daxilində üç model təqdim edəcək, lakin smartfonun mini versiyasını buraxmaqdan imtina edəcək.
“Apple” 2020-ci ilin oktyabrında smartfonlarının yenilənmiş modelini – “iPhone 12”-ni təqdim edib. Eyni zamanda, “iPhone 12 Mini”nin daha kiçik versiyası, “iPhone 12 Pro”nun flaqman modeli və “iPhone 12 Pro Max”ın daha böyük versiyası təqdim edilib.
Oxunub : 1516
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
9 Aprel 2026 13:11
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
ŞƏRH YAZ












