“Apple” tibbi cihaz olan qulaqlıq yaradacaq
Texnologiya
14 Oktyabr 2021 08:28
Oxunub 1740
“Apple” şirkəti “AirPods” adlı simsiz qulaqlıqları həm də tibbi cihaza çevirməyi nəzərdə tutur.
“Report” “WSJ”a istinadən xəbər verir ki, yeni qulaqlıqlar bədən hərarətini ölçən, habelə qamətin düz olmadığını bildirən sensorlarla da təchiz olunacaq.
Bununla yanaşı, yeni “AirPods”ların eşitmə qabiliyyətinin yüngül və orta qüsurlu olan şəxslərin köməyinə çatacağı gözlənilir.
Qeyd edək ki, “AirPods” qulaqlıqlarının son versiyası “Conversation Boost” funksiyası sayəsində müsahibin səsini artırmaqla kənar səsləri batırır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR