"Apple" şirkəti yeni təqdimat tədbirini elan edib

Apple şirkəti heç gözlənilmədən növbəti təqdimat tədbirinin tarixini elan edib. Beləliklə şirkətin növbəti təqdimat tədbiri 18 oktyabr tarixində baş tutacaq. Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək. Gözləntilərə əsasən Apple şirkətinin növbəti təqdimat tədbiri yeni MacBook modellərinə həsr ediləcək. Əsasən yeni MacBook Pro modelinin təqdimatı gözlənilir. Bəzi məlumatlara əsasən Apple ilk dəfə olaraq Mac kompüterlərinə mini-LED texnologiyasını inteqrasiya edəcək
Qeyd etmək laızmdır ki, hələ bu ilin əvvəlində şirkət mini-LED texnologiyasını iPad Pro M1 (2021) planşet modelinə inteqrasiya etmişdi. Bundan əlavə olaraq bəzi insayderlər bildiriblər ki, Apple şirkəti növbəti təqdimat tədbiri çərçivəsində MacBook-da reallaşdırılmış Touch Bar panelindən imtina edəcəyini açıqlayacaq. Gözləntilərə əsasən yeni MacBook modeli Apple şirkətinin M1X adlı yeni prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni MacBook modelinə həmçinin ənənəvi HDMI və SD kart girişi geri dönüş edə bilər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












