“Apple” və “Tesla”nın səhmləri kəskin ucuzlaşıb

Amerikanın “Apple” və “Tesla” kompaniyalarının səhmləri Çindən komponentlərin tədarükü ilə bağlı problemlər səbəbindən kəskin ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, “Tesla”nın səhmlərinin qiyməti 2021-ci ilin noyabrında qeydə alınan maksimim göstərici ilə müqayisədə 73 faiz ucuzlaşaraq 109 dollara enib. “Apple” kompaniyasının səhmləri isə 130 dollaradək enib ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.
Koronavirusa qarşı “sıfır dözümlülük” siyasəti və sərt karantin səbəbindən Çindəki istehsalı lazımi səviyyədə saxlaya bilməyən kompaniyalar məhdudiyyətlərin bir çoxu aradan qalxdıqdan sonra indi də kadr böhranı ilə üzləşib. Həmçinin bütün dünyada tənzimləyicilərin faiz dərəcələrini qaldırması, iqtisadiyyatların artım templərinin zəifləməsi və Ukraynada davam edən müharibə fonunda sərmayədarlar ehtiyatlı davranmağa və böyük investisiyalar yatırmaqdan yayınmağa çalışırlar.
azertac
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










