Artıq “Whatsapp” bir neçə Android cihazda istifadə olunacaq

Uzun müddətdir “Whatsapp”ın bir neçə Android cihazında eyni vaxt istifadə olunması ilə bağlı sınaqlar keçirilirdi.
Artıq bu özəllik Android cihazlarına gəlib.
Məlumata görə, Companion adlı yeni rejim messencerin Android üçün nəzərdə tutulmuş yeni beta-versiyasında istifadəyə verilib.
Bu rejim messenceri eyni əməliyyat sisteminə sahib smartfon və planşetdə (və ya digər smartfonda) paralel şəkildə işə salmağa imkan verir.
Ümumilikdə bir Whatsapp hesabına 4 ədəd cihaz qoşmaq mümkündür.
Companion adlı rejimdən faydalanmaq üçün ilk növbədə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasını yükləmək lazımdır. Daha sonra messencer daxilindəki qeydiyyat pəncərəsində “Link a device” bəndini seçmək lazımdır. Sonra istifadə edilən əsas cihazda ayarlara daxil olub “Linked devices” bölməsinə keçid edib QR kod generasiya etmək lazım gələcək.
Generasiya edilmiş QR kod istifadəçi hesabının müxtəlif cihazlarda sixronlaşdırılması üçün istifadə edilir. Daha sonra istifadəsi planlaşdırılan əlavə cihazda “Linked devices” bölməsinə keçid edib əsas cihazdakı QR kodu skan etmək lazımdır. Nəticədə messencer paralel olaraq hər iki cihazda işə düşəcək. Bu funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir. (lent.az)

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











