ASELSAN-dan “Bayraktar” və “Akıncı”lar üçün yeni sürpriz

ASELSAN şirkəti tərəfindən hazırlanan aviasiya vasitələri üçün asqıların kütləvi istehsalına başlanılıb.
ERU pnevmatik kimi vacib sistem komponentlərinin də ASELSAN şirkəti tərəfindən istehsal edildiyi aviasiya vasitələri üçün asqı sistemində xarici asılılıq təşkil edən heç bir kritik komponent yoxdur.
Türkiyə müdafiə sənayesinin önə çıxan zərbə PUA-ları üçün asqıların inteqrasiyası və istifadəsi üzərində işlər gedir.
“Baykar Savunma” şirkətinin məhsulu olan “Bayraktar” və “Akıncı”, eləcə də TUSAŞ-ın “Aksungur” zərbə PUA-larına inteqrasiya olunacaq asqı ilə vasitələr bir döyüşdə daha çox hədəf zərərsizləşdirə biləcək.
Aviasiya vasitələri üçün asqı idarəolunan sursatların döyüş təyyarələrinə iteqrasiyasını və bu təyyarələrdən buraxılmalarını təmin edən vacib bölmələrdir.
Qurğular 4 ədəd kiçik çaplı bomba daşıyabilən, F-16 təyyarəsinin 2 stansiyasına bərkidilərək bir asqıda 8 fərqli hədəfə hücum etməyə imkan verən aviasiya vasitələri üçün asqıdır.
Taktiki-Texniki Xüsusiyyətlər
• 4 kiçik çaplı bomba daşıma və buraxma
• Ağıllı sursatın idarə edilməsi
• Uçuşdan əvvəl və uçuş zamanı planlaşdırma
• Vəzifə hazırlığı və aşağı təmir ehtiyacı
• Tez və asan silah yükləmə
• İdarəoluna bilən buraxılış sürəti
Fiziki xüsusiyyətlər
• Çəki (Boş/Tam): 170 kq/710 kq
• Ölçülər: 143 "x 14" x 15 "
• Maksimum buraxma sürəti: 27 ft/s
Türkiyə Hərbi Hava Qüvvələrinin 40-ci sınaq eskadriliyası komandanlığının tabeçiliyində olan F-16 döyüş təyyarələrindən TÜBİTAK SAGE və ASELSAN tərəfindən hazırlanan kiçik çaplı bombaların atış sınağı həyata keçirilib. Kiçik çaplı bombalar ASELSAN-ın asqıları ilə idarə olunub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











